Zaqatala sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Zaqatala şəhərində parklar, meydanlar, səkilər və su arxlarında yenidənqurma işləri görüləcək.
BAKU.WS-in əldə etdiyi məlumata əsasən, Zaqatala Rayon İcra Hakimiyyəti şəhər infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasını həyata keçirəcək.
Layihənin ümumi dəyəri 328 min manatdan çoxdur. Abadlıq işləri əsasən şəhərin mərkəzi ərazilərindən biri olan Nəriman Nərimanov küçəsini əhatə edəcək.
Bu tender Zaqatalada şəhər infrastrukturunu təkmilləşdirərək park və səkilərin daha funksional və təhlükəsiz olmasını təmin edəcək. Layihə eyni zamanda turizm cəlbediciliyini artıracaq və yerli işçi qüvvəsi üçün yeni iş imkanları yaradacaq. Keyfiyyətli abadlıq işləri uzunmüddətli dayanıqlığı təmin edərək gələcəkdə əlavə təmir xərclərini azaldacaq.
Oxşar xəbərlər
Qaradağ RİH-in rüşvətdə təqsirləndirilən sabiq vəzifəlilərinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyat nəticəsində saxlanılan rayonun icra başçısının sabiq müavini Nadir Muradovun və digər sabiq vəzifəli...