Yuxuya getməkdə çətinlik çəkirsinizsə, səbəbi evli olmamağınız ola bilər

İstanbulda aparılan araşdırmaya görə, evli insanlar yuxuya daha asan gedir, evli olmayanlarda isə yuxuya getmək çətinliyi daha çox müşahidə olunur. Araşdırmaya 25–65 yaş arası 500 nəfər qatılıb və onlardan yuxu problemləri barədə məlumat toplanıb.
BAKU.WS xəbər verir ki, nəticələr göstərir ki, iştirakçıların təxminən yarısı yuxuya getməkdə çətinlik çəkir. Evli olmayanlarda bu problem evlilərə nisbətən iki dəfə çoxdur. Psixiatriya üzrə mütəxəssis Dr. Melis Dağtekin bildirir ki, evli insanların yoldaşı ilə birlikdə yatması oksitosin hormonunu artırır və bu da yuxuya getməyi asanlaşdırır.
Araşdırmada həmçinin qadınların yuxuya getməkdə çətinlik çəkmə ehtimalının kişilərdən daha yüksək olduğu, əvvəllər ruhsal problemləri olan insanların isə yuxuya getməkdə daha çox çətinlik yaşadığı qeyd olunub.
Ekspertlər bildirir ki, yuxu problemləri yalnız yuxuya getməyə təsir etmir, həm də gündəlik həyat və sağlamlıq üçün risk yarada bilər. Hər kəsdə baş verə bilən bu vəziyyət üçün professional dəstək almaq tövsiyə olunur.
Oxşar xəbərlər
Sürücülərin diqqətinə! Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, oktyabrı...
