İyul ayında bəxtləri ən çox gətirəcək bürclər

İyul ayında bəzi bürclərə şans qapıları açılır. Onlar evliliyə ilk addımı atacaq, yeni iş imkanları ilə qaşılaşacaq, bəzilərinin isə maddi cəhətdən üzü güləcək.
BAKU.WS xarici mətbuata istinadən sözügedən bürcləri təqdim edir:
Qoç
Qoç bürcləri iyulda iş həyatlarında həmkarları ilə birlikdə görəcəyi işlərdən yaxşı qazanc əldə edəcək. Məqsədlərinə çatacaq. Biznes hədəflərinə uğurla irəliləyəcəklər. Bu bürcün nümayəndəsi evini və ailəsini sevsə də, iş həyatı ön planda olacaq. Yaxşı niyyətli yanaşmaları bəziləri tərəfindən yanlış başa düşülə bilər. Fikirlərini ifadə edərkən diqqətli olmalıdırlar.
Buğa
Buğalar iyulda işlərinə və hərəkətlərinə diqqətlə yanaşmalıdır. Özlərini zərərli yerlərdən qorumalıdırlar. Düşüncələrində müəyyən sərtlik və detallar olacaq. Emosional dəyişikliklər insanların narahatlığına səbəb ola bilər. Yanlış sevgi hissləri sonradan başlarını ağrıda bilər. Bəzilərinin isə revmatizm şikayətləri olacaq.
Əkizlər bürcü
Bu bürcün nümayəndələrinin iyul ayında şəxsi münasibətləri ön plana çıxacaq. Karyera yüksəlişi gözləniləndir. Bəzi çətinliklər olacaq, lakin nəticəsi sevindirici olacaq. Bir az sıxıntılı günlər keçirəcəklər. İşlərini diqqətlə nəzərdən keçirməlidirlər.
Xərçəng bürcü
Xərçənglər iyul ayında maddi cəhətdən şanslı olacaqlar. Sərvətlərini artıracaq xərçənglər karyeralarında da böyük sıçrayış yaşayacaqlar. Yeni ayda torpaq və ev investisiyaları reallaşa bilər. Sevgi barəsində isə bəzi çətinliklərlə qarşı-qarşıya qalacaqlar.
Dolça
Dolçalar iyul ayında iqtisadi cəhətdən güclənəcəklər. Gözlənilməz gəlir qapısı ilə üzləşəcək Dolça bürcünə miras xəbərləri də gələ bilər. Ev və avtomobil alışı iyul ayında baş tuta bilər. Həmçinin dolçalar üçün də ilin ikinci yarısından etibarən eşq həyatlarında müsbət yeniliklər yaşana bilər.
Oxşar xəbərlər
Astroloq 2023-cü ilin ən şanslı bürclərini AÇIQLADI - VİDEO
Astroloq Dinçer Güner 2023-cü ilin ən şanslı bürclərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o bu barədə "Haber Global"da yayımlanan "Yüz Yüze" proqramında danışı...
