Yüksək vəzifəli şəxsin işdən çıxarılma səbəbi bilindi - Eldar Əzizovdan YENİ TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinə yeni direktor təyin edilib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə bu vəzifəyə Mirdamət Seyidov təyin olunub.
Qeyd edək ki, Mirdaməd Seyidov bundan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olub və Nizami Rayon Hərbi Komissarlığında çalışıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Məlumata görə, Həsrət Əmrahovun vəzifədən azad olunmasının səbəbi səhhəti ilə bağlı deyil. Belə ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Ulduz adlı qadının torpaq alıb, ərazidə ağacları kəsdirməsi sakinlərin narazılığına səbəb olub. Nəticədə ictimai asayişi qorumaq üçün əraziyə polis əməkdaşları cəlb edilib. Yaranan söz-söhbətə görə Həsrət Əmrahova töhmət verilib və o, ərizə yazaraq vəzifəsindən uzaqlaşıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...