Yüksək hərarətlə xəstəxanaya daxil olan 4 nəfər müalicə olunub

Yüksək hərarətlə xəstəxanaya daxil olan 4 nəfər müalicə olunub
Sosial 3396

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına yüksək hərarətlə daxil olan 4 nəfər müalicə olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, bunlardan 2-si Rusiya vətəndaşı, biri isə Gəncədə təhsil alan Banqladeş vətəndaşıdır.

Bu şəxslər təxminən 3-4 gün öncə yüksək hərarətlə Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib və müalicə olunandan sonra buraxılıblar.

Hazırda Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasında gücləndirilmiş iş rejimi tətbiq olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər