Yol polisindən sürücülərə MÜRACİƏT - Bu mərkəzi prospekt təmir edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
"Sürücülərin diqqətinə! Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir bərpa işlərini nəzərə alaraq 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik", - o, deyib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...