Yol polisi sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
27
sen
2017
17:20
Baş Dövlət Yol Polisi idarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.BAKU.WS xəbər verir ki, idarədən APA-ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın bir neçə gündə havaların yağmurlu keçməsi barədə məlumat yayıb: “Artıq Bakıda və respublikanın digər bölgələrində yağıntı müşahidə edilir. Buna görə, sürücülər bir neçə məqama xüsusi diqqət yetirməlidirlər. İlk növbədə avtomobilin şüşəsilənləri, işıq cihazları saz vəziyyətdə olmalıdır”.Məlumatda qeyd olunur ki, yollarda sürət rejimi yolun vəziyyətinə uyğun seçilməlidir: “Yolda sürət həddi 110 km/saat göstərilirsə, sürücü mütləq bu sürətlə avtomobilİ idarə etməməlidir. Yol hərəkəti qaydalarında və qanunvericilikdə də qeyd edildiyi kimi, sürücü yol və meteoroloji şəraitə uyğun sürət rejimi seçməlidir, Belə havalarda avtomobilin təkərlərinə xüsusi diqqət yetirilməlidir. Əksər yerlərdə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir. Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, yağış gur yağaraq o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olun, sərt manevr etməyin, sürəti aşağı salın, ara məsafəsini bir az da artırın".BAKU.WS
Oxşar xəbərlər
Yol polisindən sürücülərə xəbərdarlıq
Son günlər ölkədə hava şəraiti xeyli soyuq keçir. Ölkənin bəzi yerlərində şaxta müşahidə edilir, Bakıda da havanın temperaturu 1-2 dərəcəyədək enib. Baş Dövlət...