Yol polisi sürücülərə müraciət edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət edilib.
İdarədən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:
"Əziz sürücülər, idarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb, daha sonra yenidən sürət rejiminə əməl etməməklə siz öz həyatınızı riskə atmış olursunuz. Unutmayın, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək ağır qəza ehtimalının və ölümlə nəticələnən qəza hallarının artmasına səbəb olur. Məsələn, orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4 faiz, ciddi xəsarətləri isə 3 faiz artırır. Gəlin, yol-hərəkəti qaydalarına riayət etməklə özümüzün və digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verək".
Oxşar xəbərlər
DYP sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən...