Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib

Bakı şəhərində Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb.
Bu barədə BAKU.WS-ə Bakı şəhər DYP-dən məlumat verilib.
Bildirilib ki, tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
Xüsusilə vurğulanıb ki, səssiz və sürətli hərəkət bu nəqliyyat vasitələrini piyadalar üçün riskli edir. Ona görə də vətəndaşlar velosiped zolaqlarından düzgün istifadə etməli, piyada səkilərində sürməkdən çəkinilməlidir, qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdır.
DYP bir daha bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırır.
Oxşar xəbərlər
BAKU.WS işıqlandırdı, zibbilliyə çevrilmiş çimərlik təmizləndi
Bilgəhdə qeyri çimərlik ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırılıb. BAKU.WS-in məlumatına görə, bununla bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrü...