Yol hərəkətı qaydaları uşaqların gözü ilə

04
apr
2019
17:13
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “YOL HƏRƏKƏTI QAYDALARI UŞAQLARIN GÖZÜ ILƏ” mövzusunda uşaq və yeniyetmələr arasında rəsm müsabiqəsi elan edir.
Bu barədə BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə bildirib.Verilən məlumata görə, müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyin təmin olunması məqsədilə həyata keçirilir.Müsabiqəyə müəyyən edilmiş mövzulara uyğun digər sənət nümünələri də təqdim edilə bilər.Müsabiqənin keçirilmə qaydaları:• Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır;• Müsabiqədə 7-16 yaş arası şəxslər iştirak edə bilər;• Müsabiqəyə təqdim edilmiş əsərlər geri qaytarılmır;• İştirakçının sənədləri tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallardatəqdim etdiyi əsər müsabiqəyə buraxılmır;• Bir müəllif tərəfindən müsabiqəyə 2 və daha artıq əsər təqdim edilə bilər; • İştirakçı təqdim etdiyi əsərin üzərində (əsərin aşağı sağ künçü tövsiyə olunur) adını və yaşını qeyd etməlidir;• Müsabiqəyə təqdim edilən əsərlərin iştirakçı tərəfindən yaradılmasına əsaslışübhələr olduqda əsər müsabiqəyə buraxılmır;• Əsərlərin qəbulu 05.04.2019-cu il tarixindən 25.05.2019-cu il tarixinə kimi aparılacaq;• Qaliblər 30.05.2019-cu il tarixində müəyyən olunacaq.Qiymətləndirmə meyarları və qaliblərin müəyyən edilməsi qaydaları:• mövzunun əhatə olunması;• materialın tamaşaçı üçün informasiya payı;• təqdim olunan əsərin üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi;• qərəzsizlik və məsuliyyət;• ictimai maraqların müdafiəsi.Əsərlər yuxarıda qeyd olunan meyarlar üzrə seçmə üsulu ilə qiymətləndirilir və I, II və III yerlərin qalibləri müəyyən olunur.Əsərlərin qəbul qaydaları:• Müsabiqəyə rəsm və ya digər sənət nümünələrinin əsli təqdim edilməlidir.• Yaradıcılıq işləri poçt vasitəsi ilə və ya hər gün (bazar günü istisna olmaqla) saat10:00-dan 17:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinintəbliği və ictimai qurumlarla əlaqə şöbəsinə təqdim olunmalıdır.• Müsabiqəyə təqdim ediləcək əsərlərin fotosu [email protected] elektron poçt ünvanına göndərilməlidir. Tələb olunan sənədlər:• İştirakçının təhsili, ictimai fəaliyyəti və s. haqqında məlumat;• İştirakçının şəxsiyyət vəsiqəsinin surəti;• Yaşayış ünvanı və əlaqə vasitələri haqqında məlumat.Müsabiqə ilə bağlı həvəsləndirmə tədbirləri və qaliblərin mükafatlandırılması:• Müsabiqənin qalibləri hədiyyələrlə təltif ediləcəklər.• Müsabiqənin yekun nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq və seçilmiş əsərlərdən təbliğat-təşviqat xarakterli çap nümunələrində istifadə olunaçaq.• Seçilmiş əsərlərdən ibarət toplu albom şəklində nəşr olunacaq.Ünvan və əlaqə vasitələri:AZ 1117 – Bakı şəh., Xırdalan-Binəqədi şossesi 4. web: www.dyp.gov.azTel: +994 12 590 81 07 ; faks: +994 12 498 02 17; e-mail: [email protected]BAKU.WSOxşar xəbərlər
Yol polisi Dövlət Proqramının icrasına başladı - məktəblilər maariflənir (FOTOLAR)
Bu gün Suraxanı rayonu 232 saylı orta məktəbdə yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib. BAKU.WS xəbər verir ki, tədbir Bakı Şəhər Ba...
