Yerli turizm sənayesi nümayəndələri Qarabağa tanışlıq səfəri ediblər
Avqustun 24-25-də Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 50 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Xankəndi, Şuşa və Laçın şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, səfərin əsas məqsədi iştirakçıları Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii turizm resursları, mövcud turizm infrastrukturu və formalaşmaqda olan yeni turizm məhsulları ilə yaxından tanış etmək olub.
Təcrübə əsaslı proqram çərçivəsində iştirakçılar regionun müxtəlif turizm məkanlarına səfər edərək, yerli qonaqpərvərlik imkanları ilə tanış olub və turizm marşrutlarına daxil edilə biləcək təcrübələr barədə ətraflı məlumat əldə ediblər.
Tanışlıq səfəri turizm sənayesi nümayəndələrinin praktiki biliklərinin artırılmasına, yeni turizm məhsullarının hazırlanmasına və regionla bağlı gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə şərait yaradıb.
Yerli turizm sənayesi nümayəndələrinin Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə tanış edilməsi məqsədilə bu formatda səfərlərin davam etdirilməsi nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək
ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX 2026-da debüt edəcək. Bu barədə BAKU.WS-ə ADEX 2026 təşkilat komitəsindən məlumat verilib....