Yerli balıqların qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda balıq və balıq məhsullarının qiyməti uzun müddətdir ictimai müzakirələrin mövzusuna çevrilib.
BAKU.WS-in məlumatına görə, xüsusilə də Rusiya və İran kimi qonşu ölkələrlə müqayisədə qiymət fərqi daha çox diqqət çəkir.
Məsələ həm istehlakçıların narazılığına səbəb olur, həm də bazarın formalaşma mexanizmlərinə dair suallar doğurur. Bu fondda əsas maraq doğuran məqamlardan biri də ölkədə balıq məhsullarının hansı amillərdən təsirlənməsi və qiymətlərin gələcəkdə dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən mexanizmlər planlaşdırılır:
"Burada əsas akvakultura məhsullarından söhbət gedir. Bu sahə isə xərc aparan sahələrdəndir. Azərbaycanda yerli istehsal demək olar ki, çox aşağıdır və əsasən idxal var. Rusiya və İran dəniz ölkələridir və xammal kimi balıq sümüyü və yağı digər isti dənizlərdən və Rusiyanın ətrafındakı Atlantik okeanından tutulmuş böyük həcmli balıqlardan istifadə edirlər. Buna görə, hər iki ölkədə akvakulturada istifadə olunan xammalın maya dəyəri daha aşağıdır.
Digər məsələ bu sahənin kənd təsərrüfatından bir az uzaq düşməsi və dövlət mexanizmlərindən yararlana bilməməsidir. Bu isə nəticədə bizim məhsulların rəqabət qabiliyyətini aşağı salıb. Hazırda həmin rəqabət qabiliyyətinin əldə olması üçün həm vergi sahəsində, həm də digər dövlət dəstəyi ilə müəyyən mexanizmlər düşünülür ki, yerli məhsullarımız rəqabətə davamlı olsun və gələcəkdə xaricə ixrac potensialı artırılsın".
Orxan Hüseyn
Oxşar xəbərlər
"Cərimələr" prospekti: Sürücülər və piyadalar üçün çətinliklər yaradan yol
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Budəfəki buraxılışda paytaxtın Şah İsmayıl Xətai prospektində yol hərəkətinin təşkilində mövcud olan...