Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq bir müddətdir ki, Nərimanov rayonunda yerləşən, restavrasiya və yenidənqurma işləri aparılan "Şərq bazarı"nda metal günbəzlərin quraşdırılaması işləri bitmək üzrədir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, işlər layihəyə uyğun olaraq davam etdirilir. Ardıcıl olaraq mövcud inşaat konstruksiyalarının gücləndirilməsi, yeni inşaat konstruksiyalarının və metal konstruksiyaların quraşdırlması davam etdirilir. Bu işlər yekunlaşdıqdan sonra ərazidə landşaft və daxili bəzək tamamlanma işləri davam etdiriləcək.
Yenidənqurma işlərindən sonra "Şərq bazarı"nda millilik və müasirlik sintezini görmək mümkün olacaq. Kompleksdə bazar, iaşə obyektləri, istirahət ocaqları və hamamın fəaliyyət göstərəcəyi gözlənilir.
Qeyd edək ki, 16 günbəzdən və digər tikililərdən ibarət olan "Şərq bazarı"nın ümumi sahəsi 9 min kvadratmetrdir. Bina 1982-ci ildə tikilib və 2001-ci ildən etibarən Dövlət tərəfindən qorunan Tarix, Memarlıq və Mədəniyyət Abidələri Siyahısına daxil edilib.
Bu cür üslubda olan "Şərq bazarı" Misir, İran və Türkiyə kimi ölkələrdə də var.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yeni sədri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul...