Yeni tikiləcək binalarla bağlı VACİB AÇIQLAMA - Zəlzələ, qiymətlər...

Yeni tikiləcək binalarla bağlı VACİB AÇIQLAMA - Zəlzələ, qiymətlər...
Foto Açıqlama
Sosial 373

"Son vaxtlar tikinti normativlərinin daha da mürəkkəbləşməsi və bu istiqamətdə tələblərin ortaya qoyulması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən irəli sürülüb, müxtəlif normativlər qəbul olunub və indiyə qədər qüvvədə olan normativlərə də müəyyən dəyişikliklər baş verib".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri qeyd edib ki, son qərar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər, o cümlədən 200 metrdən hündürlüyü çox olan binalar üçün nəzərdə tutulub:

"Məqsəd ondan ibarətdir ki, burada hər hansı risk və ya təbii fəlakət olduqda binaların dayanıqlığı təmin olunsun. Həmin normativlərə əməl olunduğu təqdirdə binaların 7-8 ballıq zəlzələyə davamlılığı da təmin edilsin. Binanın materiallarının düzgün seçilməsi, mühəndis konstruktor hesablamalarının düzgün həyata keçirilməsi, eyni zamanda mərtəbələr üzrə bölgü və normativlərə uyğun şəkildə binanın tikilməsi, monolit kəmərlərin və armaturun mərtəbələrarası hissələrdə qoyulmasının mütləqliyi bu yeni sənədlərdə öz əksini tapıb.

Yeni tikiləcək binalarla bağlı VACİB AÇIQLAMA - Zəlzələ, qiymətlər...

Bu, adətən konstruksiya hesabatları zamanı nəzərə alınan məsələlərdir. Konstruksiyaya qədər layihə memar tərəfindən hazırlanır. Geoloqlar tərəfindən ərazidə quyular qazılır, torpaq nümunələri götürülür, seysmoloji rəy alınır və konstruktorlar tərəfindən proqramda hesabatlar edilir. Hündürlüyə görə, hesablama qaydaları bildiyimiz kimi müxtəlif olur və mövcud indiki qeyd olunan normativ hündürmərtəbəli binalarda ağırlığın düşmə trayektoriyasını və yuxarı mərtəbələrdə yüksək risklilik dərəcəsini nəzərə almağa imkan verəcək.

Aşağı mərtəbələr seysmoloji proseslər zamanı daha az risklidir. Yuxarı mərtəbələrdə isə bu risk daha yüksək olur və indiki normativlərə əməl olunması şərait yaradacaq ki, yuxarı mərtəbələrdə zərbəyə reaksiya olduğu zaman materialların sıxlığı təmin olunsun. Həmin hündürlüyə görə binaların möhkəmliyi və məsamələrarası keyfiyyət səviyyəsi kifayət qədər yetərli olsun. Yəni hündürmərtəbəli binanın yuxarı hissələri daha çox təsirə məruz qalacağından onların tikintisində qeyd olunan amillər nəzərə alınmalıdır ki, zəlzələ vaxtı yuxarı mərtəbələr daha çox zədə almasın və dağılmasın".

Yeni tikiləcək binalarla bağlı VACİB AÇIQLAMA - Zəlzələ, qiymətlər...

Vüqar Oruc əlavə edib ki, yeni konstruksiya qaydaları tətbiq olunduqdan sonra adətən memarlıq cizgiləri ilə dəqiqləşdirilir və daha sonra Fövqəladə Hallar Nazirliyinin Baş Ekspertiza İdarəsinə göndərilir ki, müvafiq rəy alınsın:

"Bu prosesdə önəmli olan yükdaşıyan elementlərin ağırlıq funksiyasının və layihə tapşırığına uyğun olaraq həmin mərtəbələrarası ağırlığın bölünməsinin təmin olunmasıdır. Eyni zamanda çoxmərtəbəli bina və qurğularda konstruksiyanın statik həll olunmazlıq dərəcəsinin artırılmasıdır. Yəni bina torpaq üzərində dayandığı zaman hərəkətlilik yarananda yuxarı mərtəbə hissəsi daha dözümlü olsun və dayanıqlıq baxımından zəlzələlərə müqavimət göstərmək imkanları əldə etsin. Bu normativ sənəd müxtəlif konstruktiv sistemə malik olan binaların dağılmadan mühafizəsi üçün nəzərdə tutulan tədbirlər planıdır. Yeni qaydalar həyata keçirilərsə, binalar dağılmadan müdafiə olunacaqlar və daha dayanıqlı və dözümlü inşa ediləcəklər.

Yeni tikiləcək binalarla bağlı VACİB AÇIQLAMA - Zəlzələ, qiymətlər...

Sənəddə həmçinin qeyd edilir ki, yoxlama ehtimallar üzərində aparılır. Elə proqramlar var ki, onlar binanın ölçüləri və tikinti normativ qaydalarına uyğun olaraq dağılma proqramı verir. Həmin proqram binanın dağılma planına qarşı müqavimət göstərə biləcəyini göstərirsə, yoxlamadan keçmiş hesab edilir.

Yeni normativlər səbəb olacaq ki, ölkədə xüsusilə Bakı şəhərində daha dayanıqlı binalar inşa edilsin. Həmin binaların inşası çox böyük məsrəflər tələb edəcək və bu binalarda yaşamaq xüsusi komfort sayılacaq. Sözügedən binalar məhz bu tip normativlər üzrə tikiləcəksə, o zaman daha yüksək qiymətə bazara təklif olunacaq".

Qeyd edək ki, Bakının mərkəzi rayonlarında daşınmaz əmlak qiymətləri sürətlə artmaqdadır. Ən yüksək qiymətlər Nəsimi və Səbail rayonlarında qeydə alınıb. Nəsimidə bir kvadrat metrin qiyməti 5845 manat, Səbaildə isə 5425 manatdır. Üçüncü yerdə Nərimanov rayonu qərarlaşıb. Orta qiymətlərə görə Səbail rayonu lider mövqedədir. Paytaxt üzrə orta qiymət 2532 manat təşkil edir. Ekspertlərin fikrincə, bu il qiymət artımı 15–20 faiz arasında ola bilər. Son aylarda ən ciddi bahalaşma torpaq sahələrində müşahidə olunur.

Orxan Hüseyn

Son xəbərlər