Yeni tədris ilindən qatarların sürəti artırılacaq? - RƏSMİ CAVAB

Son dövrlərdə sərnişinlər arasında Bakı–Sumqayıt istiqamətində hərəkət edən qatarların sürətində dəyişiklik və qatarlararası intervalın azaldılması ilə bağlı suallar tez-tez gündəmə gəlir.
BAKU.WS-in məlumatına görə, bu istiqamətdə aparılan işlər və planlar ictimaiyyətin marağını artırıb.
Bəs yeni tədris ilindən Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarının sürətində dəyişiklik gözlənilirmi? İnterval azala bilərmi? Sürətin artırılması istiqamətində hansı işlər nəzərdə tutulub?
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bilirilib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarlar əhalinin çox sıx məskunlaşdığı ərazilərdən keçir:
"Bu səbəbdən təhlükəsizlik məqsədilə bu marşrut üzrə qatarların sürəti 90 km-saat müəyyənləşdirilib. Sürət müəyyənləşdirilərkən Abşeron dairəvi dəmiryol marşrutu üzrə stansiyaların bir-birinə yaxın məsafədə yerləşməsi amili də nəzərə alınıb".
Orxan Hüseyn
Oxşar xəbərlər
Övladı məktəb və bağçaya gedən valideynlərə XÜSUSİ XƏBƏRDARLIQ - Uşaqlarınızı...
Yeni tədris ilinin və payız mövsümünün başlanması ilə uşaqların qayğıları artır. Uşaqların məktəblərə və bağçalara getməsi valideynlərin də məsuliyyətini artırı...
