Yeni tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması yekunlaşıb
2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi yekunlaşıb.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 5-nə qədər dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
Məlumatda deyilir ki, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər: "Bu səbəbdən şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll olunacaq”.
Təhsil Nazirliyi şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırır ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir: "Dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşılmalıdır”.
Aytən Həsənova
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən valideynləri sevindirən qərarla bağlı AÇIQLAMA
"Nazirlər Kabinetinin "Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında" qərarı çoxdan gözlənilən idi. Uşaqların məktəbə hazırlığının təşkili təhsil s...