“Yeni ştammlar uşaqlar üçün təhlükə yaratmır” - ÜST
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeni koronavirus ştammları uşaqlar üçün təhlükəli deyil”.
BAKU.WS “Qafqazinfo”ya isitnadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib.
“Hazırda biz deyə bilmərik ki, vəziyyət həyəcanvericidir. Əvvəlki kimi məhdudiyyətlər olmadığından isə uşaqların yoluxma riski böyükdür. Hər hansı dəyişiklik olarsa, biz bütün ölkələri məlumatlandıracağıq. Biz uşaqların yoluxmasını görürük, ancaq virusun xüsusi olaraq uşaqlar arasında yayılması halı qeydə alınmayıb. Virus əsasən immunizasiya olunmayanlar arasında daha çox yayılır”, - deyə ÜST nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
ÜST: "Delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir
Koronavirusun "delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə...