Yeni salınan yol çöküb? - İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yeni çəkilən yolda çökmələrin olduğu iddia edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, görüntülərdə yeni salınan yolda kiçikölçülü çuxur yarandığı qeydə alınıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yolda heç bir çökmə yoxdur:
"Görüntüdəki yer yeraltı kommunikasiya xəttinin baxış qapağının yeridir. Həmin hissə layihə hündürlüyünə qaldırılacaq. Orada yenidən bir lay asfaltlanma işi aparılacaq. Layihə hündürlüyünə qaldırıldıqdan sonra baxış qapağının qoyulması işi yerinə yetiriləcək".
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi - metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində avtomobil tunelinin inşası ilə əlaqədar tikinti işləri aparılır.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...