Yeni proqram - Koronavirusa görə özünü yoxla
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, BMT-nin İnkişaf Fondunun (UNDP) dəstəyi ilə hazırlanan proqramın məqsədi insanlara müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə yardımçı olmaqdır.
Özünü yoxlama proqramı hər hansı xəstəlik (o cümlədən COVID-19) və ya digər tibbi vəziyyətlərin diaqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb.
Özünü yoxlama proqramı koronavirusa yoluxma riskini müəyyən etmək üçün hazırlanıb və tibb mütəxəssislərinin rəyini, klinik müayinəsini əvəz etmir.
Proqram www.isim.az saytında yaradılan “Koronavirus haqqında məlumatlar” bölməsində istifadəçilərə təqdim olunur.
İstifadə üçün hər bir şəxsin razılığından sonra proqram tərəfindən ona tələb olunan qayğı səviyyəsinin müəyyənləşdirilməsi üçün bir neçə sual verilir və bu cavablar əsasında lazımi tövsiyələr təqdim edilir.
Proqram yalnız Azərbaycanda yaşayan insanlar üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...