Yeni park salınacaq - 2,4 milyon manat xərclənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni park salınacaq.
BAKU.WS xəbər verir ki, yeni salınacaq park Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinə qədər olan 12 ha ərazini əhatə edəcək.
Belə ki, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə start verilib.
Qurum hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.
Eyni zamanda, MMC sözügedən işləri icra edəcək şirkətə 2,4 milyon manat ödəməyə hazır olduğunu da bildirir.
Oxşar xəbərlər
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı"nda...