Yeni il bayramı günlərində Bakı-Qəbələ qatarı hər gün işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.
"Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...