Yeddi şagird imtahandan xaric edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanına gələn 6 şagirddə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlanıb və imtahandan xaric ediliblər.
DİM-dən BAKU.WS-ə verilən məlumata görə, iki nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.
Vurğulanıb ki, qeyd olunan hallarla bağlı araşdırma aparılır.
Bildirilib ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...