“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilir - FOTO

“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilir - FOTO
Foto
Sosial 20

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Belə ki, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı, İsmayıllı, Qəbələ və Balakən rayonları, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarının sel təhlükəli kəndlərində maarifləndirmə tədbirləri keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər - FOTO

Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər - FOTO

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. BAKU.WS xəbər verir ki, bu gün FHN-in yaradılmasının 1...

515 Sosial 11:03 16 dekabr 2023

Son xəbərlər