Yayda sərinlədən içkilərin orqanizmə ziyanları və faydaları nələrdir?

Hər birimiz yay aylarında sərin içkiləri (xüsusi ilə də buz kimi soyuq içkilər) içməyi demək olar ki, vərdiş etmişik.
BAKU.WS xəbər verir ki, sərin içkilər yayın itisindən can qurtarmağa kömək olsa da, bəzi mütəxəssislər bunun orqanizmə fəsadları barədə xəbərdarlıq edirlər.
Sərin içkilər ən çox həzm sisteminə mənfi təsir edir. Buz kimi soyuq içki mədəyə düşdükdə spazma yaradır ki, bu da mədə ağrısı və həzm pozğunluğuna yol aça bilər.
Ferment aktivliyini azaldır... Həzm fermentləri isti və ya bədən temperaturunda daha yaxşı işləyir. Soyuq içkilər bu prosesləri ləngidir.
Boğaz və tənəffüs yolları problemlərinə səbəb olur... Soyuq içkilər boğazın selikli qişasını qıcıqlandıra bilər və bu, faringit (boğaz iltihabı) və ya anginaya səbəb ola bilər.
Buz kimi sərin içkilər orqanizmdə soyuqdəymə riskini artırır... İmmunitet sistemi zəif olan insanlarda tənəffüs yolları infeksiyalarının yaranmasına zəmin yarada bilər.
Tez-tez buzlu içki içmək diş minasına zərər verə və dişlərin həssaslığını artıra bilər.
Qan damarlarının daralması... Soyuq içkilər damarların qısamüddətli daralmasına səbəb ola bilər ki, bu da baş ağrısı və ya qan dövranı problemləri yarada bilər.
Bəs yay aylarında sərin içkiləri faydası var?
Əgər içki çox soyuq deyilsə (yəni buz kimi deyil), sadəcə sərin içkidirsə isti havada susuzluğu aradan qaldıra bilər. Rahatlıq və təravət hissi verə bilər.
Mütəxəxssislər insanları buzlu içkilərdən sonra dərhal danışmaq, soyuq havaya çıxmaq kimi fəaliyyətlərdən qaçınmağa çağırır.
Oxşar xəbərlər
Alina Xələfova: "Startaplar üzrə milli çempionatda 22 komanda iki kateqoriyada çıxış edəcək"
"Bu gün startaplar üzrə milli çempionat keçirilir və "MiniBoss Business School Baku" məktəbinin yekun tədbiridir". BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlam...
