Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək.
Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.
Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Oxşar xəbərlər
Səs-küy, qoxu və natəmizlik: Binəqədidə metal məntəqəsi sakinləri cana yığıb
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu müəssisəsindən şikay...