"Yaxşılaşmaq üçün əlimdən gələni edirəm" - Koronavirusa yoluxan aktrisa

05
apr
2020
21:55
“Çocuk”, ”Mucize Doktor” kimi seriallarda oynayan aktrisa Cansın Çekilinin koronavirusa yoluxduğu barədə xəbər vermişdik.
BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, müalicəsi davam edən aktrisa yaxşılaşmaq üçün əlindən gələni etdiyini bildirib. O, sosial şəbəkədə paylaşım edərək insanlarə sevdiklərini qorumağa çağırıb:
“Müalicəm davam edir və inanın ki, sağalmaq üçün çox çalışıram. Xahiş edirəm, lazım olmadıqca evdən çıxmayın. Məsafəni hətta evdə yaşadığınız insanlarla da qoruyun. Həqiqətən, bu, çox vacibdir”.
Oxşar xəbərlər
Ermənistanda koronavirusa yoluxanların sayı artır - Qonşu ölkələrdə son durum
Ermənistanda koronavirusa yoluxanlarn sayı 571 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, ölkədə sutka ərzində daha 39 nəfər virusa yoluxub. Ölkə üzrə pandemiyadan...