Yaxın 1 həftədə maqnit qasırğası gözlənilir?

Yaxın 1 həftədə maqnit qasırğası gözlənilir?
Sosial 25

Yaxın günlərdə geomaqnit aktivliyin səviyyəsi 2-3,5 bal arasında dəyişəcək. Bu göstərici adi fonla müqayisədə bir qədər yüksək olsa da, ciddi maqnit qasırğası gözlənilmir.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, sakit vəziyyətin ehtimalı 43%, zəif pozuntuların ehtimalı 45%, güclü maqnit qasırğasının baş vermə ehtimalı isə cəmi 12% təşkil edir.

Bununla belə, meteohəssas insanlar bu dövrdə yüngül baş ağrısı və yorğunluq hiss edə bilərlər. Ümumi vəziyyət isə narahatlıq doğuracaq səviyyədə deyil.

Xatırladaq ki, aprelin 23-də Günəşdə ən yüksək səviyyəli iki güclü alışma (X2.5) qeydə alınıb. Bu hadisələr son 25 ilin ən güclü alışmalarından biri sayılan 4 fevral hadisəsindən sonra baş verən ən ciddi partlayışlar kimi qiymətləndirilir. Hər iki alışma zamanı böyük plazma buludları kosmosa atılsa da, onların istiqaməti Yerə yönəlmədiyi üçün planetimiz üçün təhlükə yaranmayıb. Alimlər bildirirlər ki, Günəş aktivliyi hələ də davam edir və yeni alışmalar mümkündür, lakin Yer hazırda risk zonasında deyil.

İlkin proqnozlara əsasən, 28-29 aprel tarixlərində geomaqnit vəziyyət sabit olacaq və "yaşıl səviyyə" kimi qiymətləndiriləcək. Lakin 30 aprel tarixində 5 ballıq (G1 sinfi) maqnit qasırğası gözlənilir. Bu gün "qırmızı səviyyə" ilə xarakterizə olunur. Mayın 1-də qasırğa zəifləsə də, maqnitosfer hələ də aktiv qalacaq (4 bal, "narıncı səviyyə"). 2-6 may tarixlərində isə yenidən nisbətən sakit dövr (təxminən 3 bal) proqnozlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər