“YAŞAT” Fondu üç qazini əməliyyat etdirib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atılır.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ciddi fiziki travma alan qazilərimiz Şiraz Cəfərli, Qələndər Məmmədov və Rüfət İsmayılov “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunublar.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...