“YAŞAT” Fondu ilk dəfə tələbə adını qazanan bu şəxslərə pul mükafatı verdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“YAŞAT” Fondu bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı təqdim edib.
Bu barədə BAKU.WS-ə Fondun mətbuat xidmətindən bildirilib.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb, yeni tədris ilində onlara uğurlar diləyib.
Fond tərəfindən onlara birdəfəlik pul mükafatı - 2000 AZN təqdim edilib.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...