Yaşasaydı, 110 yaşı olacaqdı - FOTO

Yaşasaydı, 110 yaşı olacaqdı - FOTO
Foto
Sosial 437

İsrafil Nəzərov 1911-ci il avqustun 25-də Balaxanı kəndində, çoxuşaqlı fəhlə ailəsində dünyaya gəlib. O, hələ erkən yaşda, 5 yaşında ikən atasını itirdi, anası, böyük qardaş və bacıları ilə birgə böyüyüb.

Özündən 20 yaş böyük qardaşlarının yaratdığı maneələrə baxmayaraq məktəbə getdi, hətta dərsdən sonra olan şallaqlanma da onun daxilində elmə olan sevgisini öldürmədi. Çünki İsrafil kiçik yaşlarından ağıllı və qeyri-adi istedada malik idi. Təəccüblü deyil ki, o dövrün görkəmli ədəbiyyat xadimlərinin diqqətini özünə cəlb edir.

Uşaqlığı haqqında danışarkən o bildirir ki, uşaq vaxtı o qədər arıq idi ki, şalvarının belini iplə bağlayırmış. Bir dəfə Abdulla Şaiq bunu görərkən çox pis olur ki, ən sevimli şagirdinin belinə kəmər almağa imkanı yoxdur. Səhəri A.Şaiq hədiyyə olaraq İsrafilə kəmər alır və deyir ki, o mütləq böyük insan olacaq.

İsrafil xüsusi bacarığına görə məktəbi 8 il ərzində bitirir. O Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olur. Hər gün tezdən oyanır ki, mühazirələrə tez çatsın. Çünki Hər gün Balaxanıdan BDU-ya piyada gedirdi. O təhsilini fərqlənmə diplomu ilə bitirir. Lakin məktəb illərində İsrafildə mövcud olan ədəbi bacarıqlar onu tərk etmir. O başa düşəndən sonra ki, ədəbiyyat və jurnalistika ona xas olan şeylərdir, Ədəbiyyat fakültəsinə daxil olur. Tələbə olarkən qəzetlər üçün məqalələr yazır, tərcümələr edir və buna görə qonorar alır. Universitetin sonuncu illərində isə Jurnalistika fakültəsi açıldığından İsrafili ora müəllim kim dəvət edirlər.

İsrafillə birgə o dövrün görkəmli şəxsiyyətləri Qılman Musayev, Nasir İmamquliyev də həmin vaxt dərs deyirdilər. Həmin illərdə İsrafil ailə qurur və tanınmış jurnalist kimi formalaşır. Sonra isə Azərbaycan siyasəti və mədəniyyətinin görkəmli şəxsiyyəti kimi tanınır.

İ. Nəzərov müxtəlif illərdə "Azərnəşr"in rəhbəri, "Kommunist" qəzetinin redaktoru, Azərbaycan Nazirlər Soveti Mətbuat üzrə Dövlət Komitəsinin sədri, Radio Yayımları Müdiri, Mədəniyyət Nazirinin müavini, Azərbaycan Jurnalistlər Birliyinin sədri, SSRİ Jurnalistlər Birliyinin katibi, SSRİ Ali Sovetinə 2 çağırış üzrə deputatı seçilib. Müharibə dövründə rəhbərliyin təyinatı ilə bir qrup partiya üzvü ilə Azərbaycan dilində "Kommunist" qəzeti çap etmək üçün İrana ezamiyyətə göndərilir. Müharibə bitdikdən sonra isə buna görə "Qızıl qələm" mükafatına layiq görülüb.

Fərqli zamanlarda onunla çalışmış insanlar İ.Nəzərlini təsvir edərkən tələbkar rəhbərin arxasında xeyirxah və nəcib insanın dayandığını bildirirdilər.

"Mənim babam İsrafil Nəzərov özündən sonra jurnalistika sahəsində böyük bir miras və davamçı qoyub. Onun 9 uşağı və 12 nəvəsi olub. Anam ailənin, mən isə nəvələrin ən kiçiyi idim. Buna görə babamı görə bilmədim. Əlbəttə, onunla bağlı çox şeylər bilmək istəyərdim. Buna baxmayaraq qürur duyuram ki, onun genlərini daşıyıram".

Yaşasaydı, bu gün İsrafil Nəzərovun 110 yaşı olacaqdı...

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər