"Yaşayış minimumu haqqında" qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Parlament "Yaşayış minimumu haqqında" qanuna dəyişikliyi ilk oxunuşda qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsil və sosial sahəyə aid müəssisələrdəki şəxslərin qida normalarını müəyyən edəcək.
Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyən edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.
Qanun qəbul edildikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiq ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...