Yas mərasimlərində yeni qayda: Ehsanlar qadağan ediləcək? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.
Yas mərasimlərində yemək verilməsinin qadağan edilməsinə əhalinin münasibəti fərqli olub. Bunu dəstəkləyənlər də olub, qarşı çıxanlar da.
Məsələ ilə bağlı arb-yə açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, yas məclislərdə çeşid-çeşid yemək vermək əvəzinə, daha faydalı ehanlar etmək olar:
"Bəzən şəxsin imkanı olur, amma qonşusunun ağır durumundan xəbərsiz olur. Ehtiyaclı insanın ağır durumunda ona dəstək olmaq əməliyyta xərclərini qarşılamaq, qocalar və uşaqlar evinə baş çəkmək də ehsan sayılır".
Oxşar xəbərlər
Azərbaycanın bu kəndində yas mərasimlərində ehsan verilməsi ləğv edildi - Qaydanı pozanlar... - FOTO
Naxçıvanın Şərur rayonu, Mahmudkənd kəndinin ağsaqqalları maraqlı təşəbbüs irəli sürüb. BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb....