Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib
Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova bildirib.
O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:
"Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tətbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil".
Xatırladaq ki, Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı ilə əlaqədar onun anası və digər dörd nəfər həbs edilib.
Oxşar xəbərlər
2025-ci il Bakı sakinlərinin yaddaşında necə qaldı?
Baku TV paytaxt sakinləri arasında sorğu keçirərək, onların geridə qalan 2025-ci il barədə təəssüratlarını öyrənib. Sakinlərdən biri bildirib ki, 2025-ci il onu...