Yaralı halda dağı aşan xüsusi təyinatlı: “Üzbəüz döyüşərək ölmək istəyirdim” - VİDEO

Baku TV-də yayımlanan “44 gün” verilişinin növbəti buraxılışı Vətən müharibəsi qazisi Rauf Yaqubova həsr olunub.
O, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək xüsusi qəhrəmanlıq nümayiş etdirib.
2-ci qrup əlil olan R.Yaqubov keçdiyi şərəfli döyüş yolundan danışıb:
“Vurulandan sonra bir az irəlilədim, gördüm ki, çox qan itirirəm. Döyüş yoldaşlarım məni aşağı düşürdülər. İki saata dağı düşdük. Yol vurulurdu deyə maşın da gələ bilmirdi”.
Şəhid olmağın ən böyük arzusu olduğunu deyən qazi, “Eybi yoxdur, silahla alnımın ortasından vurulaydım, amma uzaqdan yox. Üzbəüz döyüşərək ölmək istəyirdim”, - deyə əlavə edib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu gün doğum günü olan şəhidlər - FOTO
Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...
