YAP-ın koronavirusla mübarizə üçün ayırdığı pulun həcmi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlərlə əlaqədar insanların sosial müdafiəsi gücləndirilməsi də vacib amillərdən biridir:
"Bu istiqamətdə böyük layihələr həyata keçirilib. Bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı virusa yoluxmanın qarşısını da alır.
Yeni Azərbaycan Partiyası da sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb. Bunun 230 min manatı partiyanın hesabından, 300 min manatı isə YAP-ın strukturlarında çalışanların bir aylıq əmək haqlarından ianə edilib”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...