Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub

Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub
Sosial 53

Bu ilin yanvar-may ayları ərzində 34 056 doğulan körpə qeydə alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız olub. Onlardan 1184-ü əkiz, 48-i isə üçəmdir.

Həmçinin cari ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...

26 Sosial 10:25 18 avqust 2026

Son xəbərlər