Yanacağın bahalaşması məhsulların qiymətinə nə dərəcədə təsir edib?
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5 faiz təşkil edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, istehlak səbətinə daxil olan qeyri-ərzaq məhsullarının dəyəri əvvəlki ayla (2020-ci ilin dekabr ayı) ilə müqayisədə 2,5 faiz artıb.
Bildirilib ki, 2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması ilə əlaqədardır.
Qeyd edilib ki, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, notbukların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.
Əlavə edilib ki, digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib. Yəni, ödənişli xidmətlərin istehlak dəyəri sabit olaraq qalıb.
Oxşar xəbərlər
Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib
Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. BAKU.WS Şuranın Katibliyinə istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətləri...