Yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Oxşar xəbərlər
41 dərəcə isti olub - PROQNOZ
Azərbaycanda avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verili...