Xəzər dənizi sürətlə quruyur
30
avq
2017
17:37
Hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir.“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırma materialında qeyd olunur ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb.Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır.Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 8-9 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ (VİDEO)
Xəzər dənizində Bakını 8-9 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə Seysmoloji xidmət mərkəzinin rəhbəri Qurban Yetir...