Xüsusi karantin günlərində Bakıda ictimai nəqliyyatda vəziyyət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ciddi karantin tətbiq olunduğu günlərdə vətəndaşlara məhdudiyyətlər daxilində yaşadıqları yeri tərk etmək icazə verilir. Elə bu səbəbdən də bu dövrdə əsas yük ictimai nəqliyyatın üzərinə düşür.
BAKU.WS xəbər verir ki, karantin qaydaları sərtləşdirildikdən sonra ötən həftə ilə müqayisədə avtobus və metroda ciddi sərnişin azlığı müşahidə edilir.
BNA-dan verilən məlumata görə, sərnişin sayında 45 faizədək azalma müşahidə olunub. İyun ayının 16-da 1 milyon 200 min sərnişin səfər sayı qeydə alınmışdısa, ötən gün qeydə alınan sərnişin səfər sayı 670 min olmuşdu.
Məhdudiyyətlər Bakı Metrosuna da təsirsiz ötüşməyib. Son 2 gündə sərnişinlərin sayında 2 dəfəyədək azalma qeydə alınıb.
Qeyd edək ki, vətəndaşlar ictimai nəqliyyatdan istifadə edərkən mütləq şəkildə maskadan istifadə etməlidirlər.
AzTV-nin mövzu ilə bağlı reportajını təqdim edirik:
Oxşar xəbərlər
SMS icazə ilə evdən neçə saatlıq çıxmaq olacaq? - QAYDALAR
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək evdən çıxm...