Xudat Şəhər Xəstəxanasının bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar BAKU.WS-ə açıqlamasında bildirir ki, agentliyinin nümayəndələri Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilmiş və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.
Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır.
Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib.
Oxşar xəbərlər
Azərbaycanda insanlar şəxsiyyət vəsiqələrini götürüb xəstəxanalara axın etdilər - VİDEO
Bu günlərdə sosial şəbəkədə yerli xəstəxanaların birində müşahidə edilən vətəndaş izhidamı ilə bağlı görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, görüntülərdə və...