İxtisaslar üzrə təhsil xərcləri 30 faiz artırılıb - RƏSMİ
07
okt
2019
20:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə təhsil xərcləri 30 faiz artırılıb. BAKU.WS xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliklə bağlı məruzəsi zamanı məlumat verib.Onun sözlərinə görə, qərara əsasən, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb: "Bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir. Bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır".
Oxşar xəbərlər
Prezident bu şəxsləri təhsil haqqından azad etdi
Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqq...