"Şəxsin özəl-intim həyatı müzakirəyə çıxarılır, videofaktlar ortaya qoyulur" - MTRŞ-dan TƏNQİD
16
yan
2019
14:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir. BAKU.WS xəbər verir ki, bu barədə trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.Məlumatda deyilir ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, videofaktlar ortaya qoyulur.İl ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub.Belə ki, müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, əksərən ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.BAKU.WS
Oxşar xəbərlər
Etik qaydaları pozan aparıcıların adları açıqlandı (SİYAHI)
Milli Televiziya və Radio Şurası keçən il bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi d...