Xrıdalanda dünən kəsilən sular nə vaxt veriləcək? - RƏSMİ CAVAB

Xrıdalanda dünən kəsilən sular nə vaxt veriləcək? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 97

Xırdalan şəhərinin əksər ərazilərində içməli suyun verilişində problem yaranıb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, kəsinti dünən səhər saatlarından etibarən başlayıb və hələ də davam edir.

Sakinlər bildirirlər ki, bir çox məhəllələrdə su tamamilə kəsilib və vəziyyətədə düşüblər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Xırdalanda nasos stansiyasında yaranan problem aradan qaldırılmaqdadır:

"Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılmaqdadır. Sakinlərə gün ərzində bir meçə saatlıq suyun verilməsinə nail olunacaq. Ərazidə su maşınları da xidmət gostərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldlrılması istiqamətində digər dövlət qurumları ilə birgə intensiv şəkildə fasiləsiz olaraq bərpa işləri aparılır".

Son xəbərlər