Xoşqədəm Hidayətqızı: “Çox zərbələr alıram, söyülürəm”

“İşlər o qədər çoxdur ki, vaxt çatdıra bilmirəm. Mənə təklif edilən pullardan imtina edirəm. Nə pullar təklif edilir ki, filankəsi çıxart efirə”.
BAKU.WS "azxeber.com"a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib.
O, “Səni axtarıram” verilişinə görə dəfələrlə təhqir və şantaj edildiyini söyləyib:
“Etibarı itirməmək üçün heç bir təkliflə razılaşmıram. Çox zərbələr alıram, söyülürəm, şəxsiyətimə, əxlaqa toxunacaq qədər gediblər. Qorxmuram, çünki vicdanım təmizdir. Feyk hesablarla yazanlar, birləşib zərbələr vurmaq istəyənlər vecimə deyil. Vicdanın təmiz, niyyətin təmizdirsə qorxma get”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
