Xoşbəxt Yusifzadənin qızı: “Atamın son sözü o oldu ki, məndən narahat olmayın”
Yeniliklərdən dərhal xəbərdar olun
“Atamın son sözü o oldu ki, yaxşıyam, məndən narahat olmayın”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində jurnalistlərə açıqlamasında qızı Eltac Yusifzadə deyib.
Eltac Yusifzadə atası ilə bağlı xatirələrini bölüşüb:
“Son vaxtlar tez-tez danışırdıq. Daha yaxın olmağa başlamışdıq. Son sözü heç vaxt yadımdan çıxmaz.
Hər şeyin yaxşı olduğunu dedi. Nümunəvi ata idi. Həmişə deyirdi ki, yaxşı oxuyun, yaxşı insan olun”.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə dünən 93 yaşında vəfat edib.
Oxşar xəbərlər
Bu gün Xoşbəxt Yusifzadənin doğum günüdür
Bu gün neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin doğum günüdür. BAKU.WS xəbər verir ki, Xoşbəxt Yusifzadə 1930-cu...