Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavəndə qatıdan ailələrə mənzillərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ANAMA əməkdaşları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Daha sonra sakinlərə mənzilıərin açarları təqsim olunub.
***12:25
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailənin (163 nəfər) daimi qayıdışı təmin edilib.
Doğma ocağına dönən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.
***11:45
Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərə 41 ailə (163 nəfər) köçürülür.
Bu gün doğma yurduna dönən xocavəndlilər respublikanın müxtəlif bölgələrində məskunlaşan ailələrdir.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...