Xocalının 8 kəndində elektrik şəbəkəsi yenilənəcək - 8 milyonluq LAYİHƏ
"Azərişıq" ASC Xocalı rayonunda bir sıra yaşayış məntəqələrinin elektrik təsərrüfatını yenidən quracaq.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində Xocalı rayonunun Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük kəndlərində xarici və daxili elektrik şəbəkələri tam yenidən qurulacaq.
Layihə çərçivəsində bu yaşayış məntəqələrində 35 kV və 0,4 kV gücündə elektrik ötürücü infrastrukturunun qurulması və kəndlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 8 milyon 107 min manat təşkil edir.
Qeyd edək ki, layihənin əsas məqsədi Xocalı rayonunda bərpa olunan yaşayış məntəqələrində müasir və etibarlı elektrik infrastrukturunun yaradılmasıdır.
Oxşar xəbərlər
Bakıda yanvarda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb
Bu ilin yanvar ayında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 93,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər. BAKU.WS Bakı şəhər...