Xocalıda qalıqları aşkarlanan 7 nəfərin dəfn mərasimi keçirilib - YENİLƏNİB - FOTO/VİDEO
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin dəfn mərasimi keçirilib.
Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.
Soyqırımı qurbanları Xocalıda yeni salınan Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
***11:14
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi Xocalıda yeni salınan Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.
Bu barədə “Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.
Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
***09:33
Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.
Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.
Dəfn olunacaq şəxslər aşağıdakılardır:
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il; 2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il; 3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il; 4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il; 6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il; 7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.
Qalereya
Oxşar xəbərlər
Xocalıda törədilən vəhşilikləri təsvir etmək mümkün deyil - Sevil Mikayılova
Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət, soyqırımı əməlidir. BAKU.WS bildirir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil...