Xocalı parkında işlər yekunlaşır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
20-ci əsrin ən dəhşətli faciəsilərindən biri olan Xocalı soyqırımından 29 il ötür. Soyqırımının növbəti ildönümü ilə bağlı "Ana Fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işləri davam edir.
BAKU.WS xəbər verir ki, ərazidə olan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov “Report”a bildirib ki, 26 fevral ərəfəsində ərazidə təmizlik-abadlıq işləri görülür: “Burada dekorativ ağac və gül kolları əkilir, həmişə olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırımına aid bannerlər vurulub. İşıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır”.
Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana Fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. 1992-ci il fevralın 26-da qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub.
Sözügedən süjeti təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevdən YENİ VACİB QƏRAR
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...